Britaniyalı parlamentarilər referendumdan danışdı


15:15     26 Sentyabr 2016 refer%20britaniyali.jpg

"Olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmadıq".


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.

Hazırda 18 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçi bildirib ki, artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edir: "Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq".

Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir".

Femida.az

Açar sözlər:

Oxunub: 859