Çindən Azərbaycana dəstək


23:25     10 İyul 2015 cin.jpg


Çin Xalq Respublikasının lideri Şi Cinpinq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işində iştirakını dəstəkləyib.

Femida.az-ın məlumatına görə, Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən sammit çərçivəsində ŞƏT dövlət başçılarının geniş tərkibli şurasında çıxışı zamanı bildirib.


"Biz təşkilatda Belarusun müşahidəçi ölkə kimi, Azərbaycan, Ermənistan, Kamboca və Nepalın dialoq üzrə tərəfdaş kimi təşkilatda iştirakını yüksək dəstəkləyirəm", - deyə Şi Cinpinq vurğulayıb.

Çin liderinin sadaladığı ölkələr, yəni Azərbaycan, Ermənistan, Kamboca və Nepal artıq bir neçə ildər ki, ŞƏT-ə müraciət edərək müşahidə dövlət kimi təşkilata qoşulmaq istəyirlər. Rusiya prezidenti Vladimir Putin bu günkü çıxışında bu istəyin qismən təmin olunacağını bildirib.

Açar sözlər:

Oxunub: 854