Məmmədyarov erməni mediasının yalanlarını ifşa etdi


03:45     11 İyul 2015 45000.jpg


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Senatı tərəfindən Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayrılması barədə yayılan məluamtlara münasibət bildirib.


ANS PRESS-in məlumatına görə, Elmar Məmmədyarov yayılan məlumatların əsassız olduğunu bildirib:

“Orada yardım “victims to Nagorno Karabagh conflict” adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Bu isə o deməkdir ki, yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa yalandır. O sənədi oxusanız görərsiniz ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım edəcək”.

Qeyd edək ki, ABŞ Senatının Təsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib. Erməni mediası bu sənədə əsasən məlumat yayıb ki, komitə gələn il üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa da əvvəlki illərdəki həcmdə yardım ayrılmasını tövsiyə edib.

Açar sözlər:

Oxunub: 1261