Papanın Bakı səfəri başlayır - O, hansı mesajı verəcək?


15:07     30 Sentyabr 2016 papa4.jpg

Bu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfəri başlayır.


Femida.az gürcü KİV-nə istinadən xəbər verir ki, Papa hər iki ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.

Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, Roma Papası Fransiskin Bakıya planlaşdırılan səfəri öncəsi Azərbaycandakı katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete açıqlamasında Papa xüsusi bir mesaj hazırlayır. Papanın hansı mesaj verəcəyi hələ bilinmir.




Femida.az

Açar sözlər:

Oxunub: 1293