ATƏT parlament seçkisini müşahidə edəcək?
23:48 11 İyul 2015
“ATƏT Parlament Assambleyasının (PA) sessiyasının ilk günü Daimi Komitənin iclasında cari məsələlər bəndində qurumun müşahidə missiyasının Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı dəvət məktubumuza cavab məsələsi qaldırıldı”.
Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT PA-nın Helsinkidəki illik sessiyasından qayıdan Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
“Bildirdim ki, biz ATƏT PA-nın müşahidə missiyası təşkil edərək, seçkilərdə müşahidəçi kimi iştirak etməsini arzulayırıq. Çünki Azərbaycan demokratik cəmiyyət quruculuğunda çox böyük nailiyyət əldə edib və biz bu seçki prosesini də ATƏT PA-nın iştirakı ilə keçmək istəyirik. ATƏT PA prezidentinin cavabı belə oldu ki, məktubu alıblar, dəvəti müzakirə edərək müvafiq qərar verəcəklər, ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdə maraqlıdır. Onun cavabının məzmunu bundan ibarət oldu", - deyə B. Muradova qeyd edib.
Oxunub: 600
Oxşar xəbərlər
- ATƏT sədrindən dondurulmuş münaqişələrlə bağlı BƏYANAT
- ATƏT cəbhədə monitorinq keçirəcək
- ATƏT PA-nın büro iclasında münaqişələrlə bağlı qərar
- ATƏT cəbhədə monitorinq keçirəcək
- ATƏT “Turan”la bağlı qərarı alqışladı
- ATƏT-in xüsusi nümayəndəsi Bakıdadır
- ATƏT-in xüsusi nümayəndəsi Bakıya gəlir
- ATƏT PA sədrinə Bakının Qarabağ şərti açıqlandı
- ATƏT-in İrəvan Ofisi rəsmən bağlanıb
- ATƏT Ermənistanla sərhəddə monitorinq keçirib