Estoniyada qadın prezident seçilib


21:30     03 Oktyabr 2016 7d8ca9403b237d34d5ed18e57f7b9ef9.jpg

Estoniyada ilk dəfə prezident vəzifəsinə qadın seçilib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kersti Kalyulayd parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazanıb. Seçki zamanı onun alternativi olmayıb.

K. Kalyulayd Avropa Hesablama Palatasında ölkəsini təmsil edib. O, prezidentlik vəzifəsində Tomas Hendrik İlvesi əvəzləyib. K. Kalyulayd bildirib ki, prezident iqamətgahına köçməyəcək və Tallinndəki evində yaşamağa davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1444