Estoniyada rus dilinə icazə verildi


02:22     20 Noyabr 2016 1471865506_1463313416_v-estoniyu.jpg

Estoniyada Taavi Rıyvasın hökumətinə parlament tərəfindən etimadsızlıq göstərilməsindən sonra formalaşdırılan yeni koalisiyaya daxil olan Mərkəzçi Partiyanın sədr müavini Mixail Kılvart bildirib ki, yeni hökumət gimnaziyalarda rus dilində tədrisə icazə verəcək.


Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Kılvart “Postimees” nəşrinə müsahibəsində bildirib ki, rus dilinin tədrisi eston dilinin öyrənilməsinə maneçilik törətməyəcək:

“Eston dilini əksər fənlərin rus dilində tədris olunduğu halda da uğurla öyrənmək mümkündür. Biz koalisiya üzrə partnyorlarımızı inandırmağı bacardıq ki, məktəblərdə bu cür şərait yaradılmalıdır. Beləliklə, bundan sonra Narva və Tallin şəhərlərinin gimnaziyaları müraciət edərək, rus dilində tədrisə keçə bilərlər”.

Qeyd edək ki, Estoniyanın müsahibədə adı çəkilən şəhərlərində xeyli sayda rusdilli əhali yaşayır.

Femida.az

Açar sözlər:

Oxunub: 1870