Hansı vədlər bu il də vəd olaraq qalacaq? - Qışa hazırlıq


17:05     04 Oktyabr 2016 baki%20qisa%20hazirliq.jpg

Qarşıdan gələn soyuq payız-qış ayları özü ilə birgə bir çox problemi də gətirir. İki saat yağış yağan kimi gölməçəyə dönən, bir metr asfalt vurmaq üçün qazılaraq aylarla bağlı qalan küçələrimizdən keçmək mümkün olmur. İldən-ilə problemlər azalsa da hər il qışqabağı verilən vədlərin bir qismi elə vəd olaraq qalır.


Bəs bu il payız-qış aylarına necə hazırlıq gedir?

ASC-dən Femida.az-a verilən məlumata görə, “Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.

2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.

Sutkalıq növbətçilik yaradılıb

Bundan başqa, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəravtoyol” ASC-də sutkalıq növbətçilik yaradılıb.

Qaynar xətti fəaliyyət göstərəcək

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edir.

Yollarda təmir işləri aparılacaq

Cəmiyyətin tabeliyində olan MMC-lərə qısa müddət ərzində yol texnikasının, maşın-mexanizmlərin və nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsini, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsini, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirmək və mövcud nöqsanları aradan qaldırılmasını, xidmət etdikləri avtomobil yollarında cari təmir işlərinin, suötürücü boruların və küvetlərin təmizlənməsini, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatını yaradılmasını, mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyatlarının səmərəli istifadə edilməsini təmin etmək tapşırılıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1904