Canavarlar kəndə hücum edib - Zaqatalada


14:29     08 Oktyabr 2016 canavar.jpg

Zaqatalada yırtıcı heyvanlar kəndə hucum edərək kənd sakininə məxsus xırdabuynuzlu heyvanları məhv edib.


Zaqatala rayonu Muxax kəndinin sakinlərinin Femida.az-a verdiyi məlumata görə, canavar hücumu nəticəsində onun sahibi olduğu 3 baş xırdabuynuzlu heyvan tələf olub: "Bu gecə saat 4:00 - 5:00 radələrində itin səsinə oyandım. Həyətə düşdüm və tövləyə baxdım. Məlum oldu ki, saxladığım 18 baş xirdabuynuzlu heyvandan 3-ünü canavar parçalayıb. Bundan başqa, daha 3 heyvan ağır yaralanıb".

Hazırda idarənin əməkdaşları əraziyə baxış keçirir. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölən və yaralanan heyvanlar təlimata uyğun məhv ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1131