Canavarlar Zərdaba hücum etdi - Tələfat var
01:13 27 Mart 2017
Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.
APA xəbər verir ki, hadisə gecə saatlarında rayonun Bıçaqçı kəndində baş verib.
Canavarlar kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7 qoyunu isə aparıb.
Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.
Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.
Oxunub: 2438
Oxşar xəbərlər
- Canavarlar kəndə hücum edib
- Canavarlar kəndə hücum etdi - Yaralı var
- Canavarlar Kürdəmirə kəndə hücum çəkdi
- Canavarlar kəndə hücum edib - Zaqatalada
- Canavarlar kəndə hücum etdi
- Canavarlar qoyun sürüsünə hücum etdi
- Canavarlar İsmayıllı sakinini yaralayıb
- Canavarlar kəndə hücum etdi
- Canavarlar fermaya hücum etdi - Tələfat var
- Canavarlar kəndə hücum etdi: Tələfat var