Gürcüstanda 2 seçici ölüb


21:27     08 Oktyabr 2016 zeherlenme.jpg

Parlament seçkiləri keçirilən Gürcüstanda iki seçici dünyasını dəyişib.


İlk ölüm hadisəsi Şida Kartli regionunun Kareli şəhərində baş verib. Belə ki, şəhərin yaşlı sakininin vəziyyəti 23 nömrəli seçki məntəqəsinin yaxınlığında pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.

Digər belə hadisə isə Batumidə qeydə alınıb. 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 919