Allahşükür Paşazadə qan verdi


16:27     12 Oktyabr 2016 allahsukur1.jpg

Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən aksiya davam edir.


Femida.az-ın xəbərinə görə, qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri də var.

Qeyd edək ki, bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Aksiya saat 19-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 1428