Allahşükür Paşazadə İrana gedir
16:50 01 Dekabr 2016
“İki gün sonra İranın Tehran şəhərində ayətullahlar, din və dövlət adamları ilə görüşəcəyik”.
Femida.az -ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, İranda baş tutacaq görüşlər bu gün Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda keçirilmiş konfransın bir növ davamı olacaq.
QMİ sədri qeyd edib ki, son vaxtlar Rusiya, İran və Azərbaycanın dövlət rəhbərləri arasında görüşlər keçirilir: “Din xadimləri də bu üç dövlət arasında gələcək qonşuluq və dostluq münasibətlərinə öz töhfələrini verəcəklər”.
Femida.az
Oxunub: 1366
Oxşar xəbərlər
- Allahşükür Paşazadə və oğlu ilə bağlı BƏYANAT
- Allahşükür Paşazadə ilə erməni katolikosunun görüşü başladı
- Allahşükür Paşazadə Moskvaya gedib
- Allahşükür Paşazadə Zəriflə görüşüb
- Allahşükür Paşazadə Ruhaninin inaqurasiya mərasiminə gedir
- Allahşükür Paşazadə İspaniyaya gedir
- Allahşükür Paşazadə qan verdi
- Allahşükür Paşazadədən yeni təyinat
- Allahşükür Paşazadədən ermənilərə - Çağırış
- Allahşükür Paşazadə Fransa səfirliyində