Bakıda ər keçmiş arvadını qaçırdı
03:58 19 Oktyabr 2016
Bakının Sabunçu qəsəbəsində qəribə hadisə baş verib. Belə ki, iki gün əvvəl 1995-ci il təvəllüdlü Könül Həsənova yoxa çıxıb.
Femida.az-ın “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, qəsəbə sakini Məmməd Həsənov övladı K.Həsənovanın oktyabrın 16-da saat 11:30 radələrində evdən çıxması və bir daha geri qayıtmaması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Ata övladının qaçırıldığını iddia etsə də, qaçıran şəxsin kim olduğunu dəqiq bilməyib.
İlkin araşdırmalar zamanı hüquq-mühafizə orqanlarına məlum olub ki, Könul Həsənovanın ata evindən qoşulub qaçdığı adam keçmiş həyat yoldaşı, Şəki rayon sakini Səlimov Seyid İlqar oğlu imiş.
Polislər S.Səlimovu cinayət məsuliyyətinə cəlb etmək niyyətində deyillər.
Femida.az
Oxunub: 1077
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var