Mosulda döyüşlər şiddətlənir


04:33     19 Oktyabr 2016 48633370.cached.jpg

Mosulun sıx məskunlaşmış rayonları yaxınlığında hərbi əməliyyatlar güclənir, lakin əhalinin kütləvi şəkildə köçməsi halları hələlik müşahidə olunmur.


Femida.az xəbər verir ki, bunu BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke deyib.

Açıqlamada deyilir:

“Mosulun azad edilməsi əməliyyatının ilk 36 saatının nəticəsinə əsasən, döyüşlər seyrək məskunlaşmış rayonlarda keçirilir və əhalinin kütləvi şəkildə köçməsinə səbəb olmur. Mülki əhalinin qorunması məsələsində ciddi narahatlıqlar qalmaqdadır, çünki sıx məskunlaşmış məntəqələr və şəhər rayonları yaxınlığında döyüşlər güclənməkdədir”

Femida.az

Açar sözlər:

Oxunub: 1178