Mosulda 13 İŞİD üzvü öldürüldü


19:22     12 Noyabr 2016 mosul2.jpg

İraq ordusunun Mosulun şimal-şərqindəki əl-Kadisiyyə məhəlləsində keçirdiyi əməliyyat zamanı gedən döyüşlərdə 13-ü İŞİD terror təşkilatı üzvü, 3-ü İraq əsgəri olmaqla 16 nəfərin öldüyü bildirilib.


Bu barədə İraq ordusuna bağlı Terrorla Mübarizə Vahidindən kapitan Məhəmməd Əbdülmehdi əl-Hüsni məlumat verib. Digər tərəfdən, Ənbar əməliyyatları komandanlığından polkovnik Vəlid əd-Duleymi İŞİD-in Ənbarın İnna rayonunda yüksək miqdarda partlayıcı istifadə edərək, icra hakimiyyəti, yerli məclis, ədliyyə və mülki müdafiə binalarını havaya uçduğunu bildirib.

Duleymi təşkilatın İnna əhalisini İraq qüvvələri ilə əməkdaşlıq etməkdə günahlandırdığını və İŞİD üzvlərinin ailələrinin çoxunun rayondan qaçdığını qeyd edib. Xatırladaq ki, Mosul əməliyyatı 17 oktyabrda başlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1054