Narkotik satarkən tutuldu


17:57     19 Oktyabr 2016 narkotik4.jpg

Astara rayon sakinindən külli miqdarda narkotik götürülüb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəndəsər kənd sakini, əvvəllər məhkum olunmuş Rauf Qurbanov 41,25 qram marixuananı satarkən tutulub.

Onun evinə baxış zamanı isə oradan 3 kiloqram 601,25 qram marixuana da aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1001