İnternetin boşanmalara təsiri nə qədərdir? - Video


15:42     20 Oktyabr 2016 14141856_1080022665421125_5526084653863318219_n.jpg

İctimai televiziyada yayımlanan "Addım-addım" verilişində "İnformasiya-kommunikasiya texnologiyalarının ailə münasibətlərinə təsiri" mövzusu müzakirə olunub.


İnformasiya-kommunikasiya texnologiyalarının ailədaxili münasibətlərə təsirindən danışan “ELS” müstəqil araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, son iki ildə boşanmaların sayı əvvəlki illərə nisbətən xeyli artıb. O, əlavə etdi ki, boşanmaların sayı yeni ailələrdə daha artıq gözə çarpır:

`Bu o deməkdir ki, ciddi problemlər var və bu problemlər dərindən araşdırılmalıdır. İstər sosial şəbəkələr, istər televiziya kanallarının, istərsə də mobil telefonların bizim həyatımıza təsiri qaçılmazdır. Aparılan sorğuya əsasən deyim ki, gənclərin 20%-i TV proqramlarına müsbət, 34-35%-i isə mənfi qiymət verir`.



Femida.az

Açar sözlər:

Oxunub: 1427