10 yaşlı uşağı it dişləyib


16:32     22 Oktyabr 2016 it_esas_28.jpg

Ağdamda 10 yaşlı uşağı it dişləyib.


Femida.az -ın xəbərinə görə, hadisə rayonun “Alıbəyli 1” qəsəbəsində baş verib. Qəsəbə sakini Quliyev Sabit Ramil oğlu həyətlərindən küçəyə çıxarkən sahibsiz itin hücumuna məruz qalıb. Ailəsi xəsarət alan S.Quliyevi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən xəbərə görə, S.Quliyev müayinə olunub, ona quduzluq əleyhinə zərdab vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Açar sözlər:

Oxunub: 1174