Şirvanda 3 avtomobil toqquşdu - ölən və yaralananlar var


21:52     22 Oktyabr 2016 1972d24cecfbf0af40aa380642c11867.jpg

Şirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Hamann” markalı avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub.

Nəticədə “Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.

Hadisə nəticəsində 4 nəfər- Şirvan sakinləri, 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Davudov Zaur Gülağa oğlu və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1534