Fətullah Gülənin iki qohumu saxlanıldı


13:18     24 Oktyabr 2016 fetullah%20gulen.jpg

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və Büşra Gülən saxlanılıb.


Femida.az xəbər verir ki, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda, həmçinin "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

Açar sözlər:

Oxunub: 1364