Fələstin prezidenti Türkiyədədir


23:15     24 Oktyabr 2016 mahmud%20abbas7.jpg

Fələstin dövlət başçısı Mahmud Abbas rəsmi görüşlər keçirmək üçün gəldiyi Ankarada Atatürkün mavzoleyinə səfər edib.


Atatürkün mavzoleyinə əklil qoyan Abbas daha sonra mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb. Abbas Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşəcək və 15 iyul dövlət çevrilişi cəhdi zamanı TBMM-ə atılan bombalardan zərər görən yerlərlə tanış olacaq.

övlət başçısı daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanın onun şərəfinə verəcəyi rəsmi şam yeməyinə qatılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1054