Cavid Hüseynov meydana çıxdı - 446 gün sonra


21:59     25 Oktyabr 2016 cavidd.jpg

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov 446 gündən sonra yenidən meydana çıxıb.


Femida.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Topaz Premyer Liqasının IX turunun bu gün keçirilən “Sumqayıt”la səfər oyununda uzun fasilədən sonra meydana qayıdıb.

Futbolçu oyunun 82-ci dəqiqəsində stadiona daxil olub. “Sumqayıt”- “Qəbələ” matçı 2-2 bitib.

Qeyd edək ki, Cavid sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” forması geyinib.

Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak edib. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu oktyabrın 12-də azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 995