Cavid Qurbanova əlavə səlahiyyət verildi
13:45 08 Noyabr 2016
Nazirlər Kabineti “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib.
Femida.az-ın məlumatına görə, dəyişiklik Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən birinin ləğv edilməsi ilə bağlıdır.
Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalı idi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanın sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə deyil, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılacaq.
Femida.az
Oxunub: 1383
Oxşar xəbərlər
- Cavid Qurbanov Aleksandr Mişenkonu qəbul etdi
- Cavid Hüseynov meydana çıxdı - 446 gün sonra
- Cavid Hüseynov `Qəbələ`də
- Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
- Cavid Hüseynov AZADLIQDA - FOTO
- Cavid Hüseynovun məhkəməsi təxirə salındı
- Cavid Hüseynovla bağlı son qərar - Tarix açıqlandı
- Cavid Hüseynovun vəkili Ali Məhkəməyə şikayət edib
- Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
- Cavid Hüseynovun məhkəməsi təxirə salınıb