Zakir Həsənov yazıçılarla görüşüb


20:02     27 Oktyabr 2016 1438931279_zakir.jpg

Bir qrup yazıçı müdafiə naziri Zakir Həsənovla görüşüb.


Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib.

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1617