Mogerini İrandadır


18:06     29 Oktyabr 2016 7132e904b0bd2bb9a97382e5c0d7a0fe.jpg

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dünən Tehrana səfər edib.


Femida.az xəbər verir ki, F. Mogerini Tehranda İran rəsmiləri ilə Yaxın Şərq regionuna aid önəmli məsələləri, xüsusilə Suriya böhranını müzakirə edəcək.

Bu gün F. Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb, onun prezident Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, F. Mogerini son iki ildə 3-cü dəfədir, İrana səfər edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1064