Liviya Rusiya ilə əlaqələri gücləndirmək istəyir


20:34     29 Oktyabr 2016 1477725417.jpg

Liviyanın Milli Razılıq Hökumətinin başçısı Fayiz əs-Sərac Rusiyanın Tripolidəki səfiri İvan Molotkovu qəbul edib.


Görüşdə iki ölkə arasındakı münasibətlər, iqtisadi əlaqələr, siyasi mövqelər və təhlükəsizlik məsələləri müzakirə olunub. Fayiz əs-Sərac görüş zamanı diqqətə çatdırıb ki, Rusiya ilə təhlükəsizlik sahəsindəki əlaqələri daha da gücləndirmək istəyirlər.

Rusiya səfiri İvan Molotkov da Liviyada təhlükəsizliyin və suverenliyin qorunub saxlanılmasının zəruri olduğunu dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1030