Liviya təyyarəsi qaçırılıb - 118 sərnişinlə birlikdə


19:26     23 Dekabr 2016 teyyare.Jpeg

Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.


`Reuters`in yaydığı məlumata görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.

İlkin məlumata görə, 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə isə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1717