Avtobusdan düşən qızı maşın vurdu


02:35     30 Oktyabr 2016 5218976564dda79509c51447942777_qeza12.JPG

Gəncədə marşrut avtobusdan düşən sərnişini avtomobil vurub.


"Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Əhmədova Aysel Oqtay qızı şəhərin Azərbaycan küçəsində 6 nömrəli xətt üzrə hərəkət edən marşrutdan düşüb yolu keçmək istəyərkən, başqa bir avtomobil tərəfindən vurulub.
Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 1182