Avtobusdan düşən qadın yoxa çıxdı


01:20     03 İyul 2017 1369306655_polis20bolmesi20loqo20170112.jpg

Bakıda 45 yaşlı qadın itkin düşüb.


Femida.az lent.az-a istinadən bildirir ki, General Şıxlınski küçəsində yaşayan 50 yaşlı İdrak Maqsudov polisə müraciət edərək bildirib ki, həyat yoldaşı 45 Elmira Budaqova iyunun 24-də Nəsrəddin Tusi küçəsində 62 saylı marşrut avtobusundan düşərək naməlum istiqamətə gedib.

Həmin vaxtdan sonra qadından xəbər almaq mümkün olmayıb.

Axtarış tədbirləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 2719