Yaponiyada şiddətli fırtına: 2 ölü, 33 yaralı


16:02     17 İyul 2015 afdb69ee20d6018ceea73e573f41a983.jpg


Yaponiyanın Sikoku ştatında baş verən şiddətli “Nanqka” fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb

Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 360 min nəfər ada sakininə təhlükə barədə xəbərdarlıq edilib və evlərini tərk etmək tövsiyə olunub.

Təbii fəlakət zonasında dəmiryol nəqliyyatı dayandırılıb, hava limanında 200-dən çox aviareys ləğv edilib.

Meteoroloqların məlumatına görə, “Nanqka” şimal-şərq istiqamətində irəliləyərək Yaponiyanın ən böyük Honsü adasının Vakayama və Okayama prefekturalarına yaxınlaşır.

Fırtına episentri yaxınlığında küləyin sürəti saniyədə 55 metrə çatır.

Açar sözlər:

Oxunub: 799