Şirvanda əlilin evi yandı - VİDEO


21:18     04 Noyabr 2016 arb.jpg

Şirvanda yanğın hadisəsi baş verib.


ARB TV xəbər verir ki, Şirvan şəhəri, İsmət Qayıbov küçəsində 75 yaşlı Münəvvər Həsənovaya məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli, 7 otaqlı evin zirzəmisində yanğın baş verib.

Nəticədə orada olan “QAZ-24” və “QAZ-31” markalı minik avtomobilləri, evin 4 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 153 m2 sahədə yanıb. Ev sahibi, birinci qrup əlil olan qadın yanğından son anda xilas edilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 9 nəfər ailə üzvünü evsiz qoyan yanğına elektrik enerjisində baş verən qısa qapanma səbəb olub.

Faktla bağlı yanğına nəzəarət idarəsində tədqiqat aparılır.

Açar sözlər:

Oxunub: 1005