Dəmirtaş həbsxanaya yerləşdirilib


13:14     05 Noyabr 2016 Demirtas-HDP.jpg

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.


Femida.az “Anadolu” agentliyinə istinadən bildirir ki, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.

S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1513