Uşaq alverçisinə ölüm hökmü verildi


21:40     05 Noyabr 2016 cin-police.jpg

Çində uşaq ticarəti ilə məşğul olan dəstə lideri ölüm hökmünə məhkum edilib.



Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfərdən ibarət dəstə üzvləri 2013-cü ildən 2015-ə kimi 26 uşaq satıb. Məhkəmə ümumilikdə 23 dəstə üzvünə hökm oxuyub.

Çjan soyadlı dəstə lideri isə 20 uşağın satışıında iştirak etdiyi üçün ölüm hökmünə məhkum edilib.

Qeyd edək ki, avqustda da Çində uşaq alveri ilə məşğul olan qadın haqqında da ölüm hökmü verilmişdi.

Açar sözlər:

Oxunub: 1187