AZAL-ın futbolçuları dalaşdı


23:30     06 Noyabr 2016 29411b1447efe915382d7c8446e4690d.jpg

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL – “Qəbələ” oyunu başladığı kimi də gərgin bitib.


Apasport.az saytının məlumatına görə, matçın son dəqiqələrində meydan sahiblərinin iki futbolçusu David Canalidze və Emin Cəfərquliyev arasında söz savaşı baş verib.

Əlverişli imkanı boşa verən gürcü futbolçu komanda yoldaşının sərt qınağına tuş gəlib. Bunun müqabilində həmkarına kobud cavab verən gürcü ilə Emin arasında münaqişə yaranıb.
AZAL-lı futbolçuların müdaxiləsi ilə instident əlbəyaxa davaya çevrilmədən sakitləşdirilib.

Açar sözlər:

Oxunub: 1012