Məmmədyarov Nalbandyanla görüşməyə razıdır


02:56     08 Noyabr 2016 publika.az1454434710trend_elmar_mammadyarov_1609154.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edir.



Femida.az xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Məmmədyarov Azərbaycan tərəfinin bu görüşə razılıq verdiyini bildirib. Nazir, həmçinin qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişənin həllini ləngidir.

"Ermənistan tərəfi irəliləyişə hazır deyil. Hazırda Hamburqda görüş planlaşdırılır. Amma Ermənistan tərəfi məsələni ləngidir".

Açar sözlər:

Oxunub: 799