Rusiyadan ABŞ-a təbrik məktubu
17:07 09 Noyabr 2016
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq müxtəlif ölkələrin liderlərindən təbrikləri qəbul etməyə başlayıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, onu ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub.
Qələbə münasibətilə D. Trampa təbriklərini çatdıran V. Putin iki ölkənin münasibətlərində yaranmış böhranın aradan qaldırılması, habelə beynəlxalq gündəmin aktual məsələlərinin həlli və qlobal təhlükəsizliyinin çağırışlarına effektiv cavab axtarışı istiqamətində birgə işləyəcəklərinə ümidvar olduğunu bildirib.
"Əminəm ki, Moskva və Vaşinqton arasında bərabərhüquqluluq, qarşılıqlı hörmət, biri-birinin mövqeyinin nəzərə alınması prinsipləri əsasında konstruktiv dialoqun qurulması ölkələrimizin xalqlarının və dünya ictimaiyyətinin maraqlarına xidmət edir", - deyə Rusiya lideri qeyd edib.
Oxunub: 1978
Oxşar xəbərlər
- Rusiyadan Qərbə donuz embarqosu
- Rusiyadan Ermənistana 100 milyonluq kredit - Silah alınacaq
- Rusiyadan Azərbaycana narkotik keçirmək istədi
- Rusiyadan Azərbaycana yeni aviareys açılacaq
- Rusiyadan gətirilən silahlar sınaqdan keçirilib - FOTO
- Rusiyadan qonaq gələn qız özünü asdı
- Rusiyadan İrana quş əti qadağası
- Rusiyadan əsgərimizin meyitinin qaytarılmamasına MÜNASİBƏT
- Rusiyadan daha bir Suriya açıqlaması
- Rusiyadan Azərbaycana səs verdilər