Rusiyadan daha bir Suriya açıqlaması


20:05     24 Dekabr 2016 rusiya%20xin.jpg

Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov Suriya ilə bağlı növbəti danışıqların Astanada baş tutacağını açıqlayıb.


Qennadi Qatilov 2017-ci ilin yanvar ayında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq danışıqlarda Suriyada qalıcı atəşkəsin müzakirə olunacağını bildirib. Rusiya rəsmisi danışıqlara Türkiyə və İranın da qatılacağını açıqlamasına əlavə edib.

Qeyd edək ki, ötən həftə Türkiyənin, İranın və Rusiyanın xarici işlər nazirləri Moskvada görüşərək Suriyada barədə ortaq bəyənat vermişdilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1730