Yaponiyada bir nəfər edam olunub


13:17     11 Noyabr 2016 12-Chureito-pagoda-and-Mount-Fuji-Japan.jpg

Yaponiyada edam hökmü icra olunub.


`RİA Novosti`nin yaydığı xəbərə görə, Kenyiti Tadziri iki nəfəri qarət edərək qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum olunmuşdur.

Yaponiyada sonuncu dəfə edam hökmü martda icra olunub. Sindzo Abenin baş nazir vəzifəsində çalışdığı dövrdə (2012-ci ilin dekabrından-red.) bu sayca 10-cu edamdır. Ümumilikdə isə, dörd il ərzində 17 nəfər edam edilib.

Yaponiyada hazırda 130 nəfər ölüm hökmünün icrasını gözləyir. Bu ölkədə edam asılma yolu ilə icra edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1571