Həkimlər onu xilas edə bilmədi


16:38     11 Noyabr 2016 xestexana5.jpg

Göyçay rayonunda avtomobil qəzasında ağır xəsarət alan 77 yaşlı piyada vəfat edib.


İki gün öncə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində Göyçay rayonunun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən hərəkətdə olan 23-BB-244 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Cavadov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1020