İt hamilə qadına hücum çəkdi - Bakıda qorxulu anlar


19:15     11 Noyabr 2016 it%20disledi7.jpg

Bakının Binəqədi rayonunda küçə iti qadına hücum çəkib.


1 saylı Kliniki Tibbi Mərkəzindən Femida.az-a verilən məlumata görə, Daşqınova Aynur Şahin qızı it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Hazırda xəstə həkim nəzarətindədir.

Qeyd edək ki, Aynur Daşqınova 6 aylıq hamilədir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1968