İtkin düşən alpinistin ad günüdür


17:30     30 Dekabr 2017 babur.jpg

“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşən 3 üzvündən biri olan Hüseynov Babur Vaqif oğlunun sabah ad günüdür.


Femida.az xəbər verir ki, Babur Hüseynov 1990-cı il dekabrın 30-da Astara rayonunda anadan olub. Alpinist həmçinin Daxili İşlər Nazirliyində çalışıb. Haqqında yazılan məlumatlarda bildirilir ki, o, polis orqanlarına qəbul edilməzdən əvvəl də bu idman növü ilə məşğul olub.

Babur Hüseynov ötən il Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042 m) çıxıb. Bu il isə Gürcüstanın Kazbek dağında (5047) olub.

Qeyd edək ki, dekabrın 23-ü Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində alpinist dostları Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlu ilə yürüşə çıxan Baburun axtarışları davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1075