Qadını bıçaqlayan şəxsə hökm oxunub


20:30     11 Noyabr 2016 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sahib Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, S. Zülfüqarov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sahib Zülfüqarov 2014-cü il martın 9-da Pəri Rzaxanovaya yaşadığı mənzilin girişində hücum edərək, bıçaqla ona bir neçə zərbə endirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1058