Qadının çantasını alaraq qaçan şəxs tutulub
02:12 30 Sentyabr 2017
Qadının çantasını alaraq qaçan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, metronun “Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs qısa zamanda zərərsizləşdirilib.
Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
Femida.az
Oxunub: 912
Oxşar xəbərlər
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadının bank hesabından pul oğurladılar
- Qadının zorla qaçırılması ilə bağlı DİN açıqlama yaydı
- Qadının maşınından pul apardılar
- Qadının kartından pul oğurlayan tutuldu
- Qadının gözünü çıxaranlar apellyasiya şikayəti verib
- Qadının kartını oğurlayıb pul çıxardı - Bakıda
- Qadının çantasından pul apardılar
- Qadının çantasından 10 min pul oğurlandı - Bakıda
- Qadının 19 minlik qızılı oğurlandı