Pan Gi Mun Trampla telefonda danışdı


19:41     12 Noyabr 2016 pan%20gi%20mun6.jpg

BMT baş katibi Pan Gi Mun yeni seçilmiş ABŞ prezidenti Donald Trampla dünən axşam telefon əlaqəsi saxlayıb və onu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.


Femida.az -ın RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ümumdünya təşkilatının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, həmsöhbətlər ikitərəfli əlaqəni saxlamağa dair şərtləşiblər.

“Baş katib yeni seçilmiş prezident Trampın çətin seçkilərdən sonra birliyə (ABŞ-da) çağırışlarını alqışlayıb, ABŞ və BMT-nin ənənəvi möhkəm əlaqələri dəstəkləyəcəyinə, sülh və təhlükəsizlik, davamlı inkişaf və bütün dünya üzrə insan hüquqlarının irəliyə doğru aparılmasında əməkdaşlıq edəcəyinə dair əminliyini ifadə edib.”, - məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 880