Pan Gi Mundan önəmli çağırış
18:28 26 Noyabr 2016
Dünya ictimaiyyəti mineral enerjiyə qənaət etməyə imkan verən və enerji effektliyinin artırılmasına kömək edəcək yeni texnologiyalara yatırılan investisiyalara "yaşıl işıq" yandırmalıdır.
Trend-in məlumatına görə, bu barədə BMT baş katibi Pan Gi Mun bu gün Aşqabadda keçirilən sabit nəqliyyat üzrə BMT Qlobal Konfransının açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, bu gün bütün dünyada, eləcə də Türkmənistanda avtomobil yolları və tunel tikintisinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.
Baş katib vurğulayılb: "Sabit nəqliyyat sisteminin yaradılması hamımız üçün təhlükəsiz və sağlam həyatı təmin etmiş olacaq. Eləcə də bu sistem hamımızın vahid evi - planetimizi müdafiə etmək üçün lazımdır".
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
- Pan Gi Mun Bakıya gəlib
- Pan Gi Mun prezidentlik fikrindən daşındı
- Pan Gi Munun qardaşına qarşı rüşvət ittihamı
- Pan Gi Mun 200 min dollar rüşvət alıb?
- Pan Gi Mun Trampla telefonda danışdı
- Pan Gi Mun Rusiya və ABŞ-a səsləndi
- Pan Gi Munun köməkçisi `ASAN Xidmət`i nümunə göstərdi
- Pan Gi Munun Bakı müraciəti: `Birgə çalışa bilərik`
- Pan Qi Mun Suriyaya görə çağırış etdi