Maşınla uşağı vurub qaçdı


17:30     14 Noyabr 2016 piyada_usaq1.jpg

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub. Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 983