1 yaşlı uşağın üstünə qaynar su töküldü


02:26     15 Noyabr 2016 qaynar%20su.jpg

Ağdamda 1 yaşlı uşağın üstünə qaynar su tökülüb.


Femida.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.
Hadisə Kənd sakini Qasımova Səma Asif qızının evdə sobanın üstündə qızdırılan qaynar suyu aşırması nəticəsində baş verib.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan körpəyə ilkin tibbi yardım göstərilib. Həkimlər onun həyatına təhlükə olmadığı bildirir.

Açar sözlər:

Oxunub: 1420