Məmmədyarov Portuqaliyaya gedib


13:44     15 Noyabr 2016 memmedyarov1.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə gedib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, səfər zamanı Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 934