Mursi haqqında edam hökmü ləğv olunub


19:54     15 Noyabr 2016 mursi543.jpg

Misirin keçmiş prezidenti Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib.


`RİA Novosti`nin verdiyi məlumata görə, bu barədə Misirin "Youm7” saytı xəbər yayıb.

Misir Kassasiya Məhkəməsi Mursi ilə yanaşı, “Müsəlman qardaşları” hərəkatının bir sıra rəhbərləri barədə də eyni qərarı verib. Onlar haqqında yenidən istintaq aparılacaq.

Xatırladaq ki, məhkəmə 2015-ci il mayın 16-da həbsxanadan qaçışın təşkilində ittiham edərək M. Mursi barədə ölüm hökmü çıxarıb. Eyni il aprelin 21-də isə Mursi və digər şəxslər 2012-ci ilin dekabrında prezident iqamətgahının qarşısında nümayişçilərin qətlində günahlandırılaraq 20 il müddətinə azadlıqdan məhrum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1019